Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

-

Makedoniyanın əsas siyasi partiyaları müxalifətin erkən seçkiləri ertələmək tələbinə razılaşıb. Aprelin 24-nə təyin olunmuş seçki iyunun 5-nə keçirilib.

Parlamentin buraxılması da təxirə salınıb.

Əsas müxalifət seçki saxtakarlığından narahatlığı əsas gətirərək səsverməni boykotla hədələmişdi.

Seçki siyasi böhrana son qoyulması məqsədilə iki il tez keçirilir. Bu, Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın bir hissəsidir.

AB və Birləşmiş Ştatların dəstəklədiyi müxalifət partiyaları aprelin 24-nün seçki üçün çox erkən olduğunu deyirdilər.

Siyasi böhrana müxalifətin iddiaları səbəb olub, onlar mühafizəkarların 20 min nəfərin söhbətini qanunsuz yazdığını iddia edirlər. Həmin 20 min nəfərə polis əməkdaşları, hakimlər, jurnalistlər və xarici diplomatlar daxildir. Müxalifət lideri Zoran Zaev bu söhbətlərin hökumət səviyyəsində korrupsiyanı açıqladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG