Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

Səudiyyə vətəndaşlarına xəbərdarlıq edir


Livanda suriyalı qaçqın, arxiv fotosu

Livanda suriyalı qaçqın, arxiv fotosu

-

Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarına xəbərdarlıq edib ki, Livana getməsinlər, yaxud bu ölkədə qalmasınlar. Səbəb İranla münasibətlərin pisləşməsidir.

Bu iki Körfəz ölkəsi vətəndaşlarının Livanda təhlükəsiz olmadığını bildirir. Belə ki, İranın dəstəklədiyi Hezbollah şiə qruplaşmasının burada silahlıları var.

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının Livana səfərinə qadağa qoyub.

Ötən həftə Səudiyyə Ərəbistanı Livan silahlı qüvvələrinə 3 milyard dollarlıq yardımı dayandırıb.

Səudiyyə Suriya hökumətinə qarşı çıxan üsyançıları dəstəkləyir. Hezbollah rəhbəri Hassan Nasrallah ötən həftə Səudiyyə və Türkiyəni region müharibəyə sürükləməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG