Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

Bosniya müftisi qoruma istəyir


Husein Kavazovic (solda), Türkiyə Prezidenti Recep Tayip Erdogan və həyat yoldaşı Emine, arxiv fotosu

Husein Kavazovic (solda), Türkiyə Prezidenti Recep Tayip Erdogan və həyat yoldaşı Emine, arxiv fotosu

-

Bosniya müsəlmanlarının dini lideri Husein Kavazovic hökumətdən mühafizə istəyib. Səbəb onun islam ekstremizmini pisləməsindən sonra İslam Dövləti (İŞİD) qruplaşmasının üzvü olduğu bildirilən bir nəfərdən təhdid almasıdır.

“Ümid edirik ki, dövlət qurumları məsələylə məşğul olacaq”, Kavazovic-in idarəsinin yaydığı açıqlamada deyilir.

Bosniya mediasının yaydığı videoda Bosniya dilində danışan bir kişi Kavazovic-in “boğazını kəsməklə” hədələyirdi.

FTV televiziyası həmin kişinin Bosniya müsəlmanı Amir Selimovic olduğunu, 2014-cü ildə Suriyada İŞİD-ə qoşulduğunu bildirib.

Bosniyanın təhlükəsizlik naziri Dragan Mektic təhlükənin “ciddi” olduğunu, dövlətin Kavazovic-i qorumaqdan ötrü “əlavə təhlükəsizlik tədbirləri” gördüyünü açıqlayıb.

XS
SM
MD
LG