Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Kosovo müxalifəti paytaxt Priştinada etiraz aksiyasına çıxıb.

Yüzlərlə müxalifət tərəfdarı mərkəzi meydanda çadır quraraq hökumətin istefasını tələb edir.

"Öz Müqəddaratını Təyin Etmə" partiyasının lideri Visar Ymeri fevralın 23-də bildirib ki, hökumət istefaya getməyincə və yeni seçki təyin edilməyincə meydanı tərk etməyəcəklər.

Kosovo müxalifəti etnik serblərə daha böyük status verilməsi və Monteneqro ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.

Müxalifət buna görə örən ilin sentyabrından bir sıra etiraz aksiyaları keçirib, parlamentin iclaslarını gözyaşardıcı qazla pozub.

Günün bütün mövzuları

XS
SM
MD
LG