Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

-

Hesablama Palatası diplomatik nümayəndəliklərin büdcələrinin və dövlətin film çəkilişinə ayırdığı vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmasını istəyir.

Apa-nın xəbərinə görə, Palata bununla bağlı parlamentə təkliflər paketi təqdim edib .

Diplomatik korpuslar ƏDV-nı büdcəyə geri ödəsin

Palatanın təkliflərində qeyd olunur ki, hökumət son dövrlərdə diplomatik nümayəndəliklərin saxlanılması xərclərini xeyli artırıb. Buna görə də, ciddi nəzarət mexanizminin tətbiqinə ehtiyac var.

Palata təklif edir ki, diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilən əlavə dəyər vergisi onların yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq geri alınsın. 5 gün ərzində dövlət büdcəsinə qaytarılsın.

Film çəkilişlərinin büdcədən maliyyələşməsindən imtina olunsun

Palata dövlət büdcəsindən film çəkilişlərinə ayrılan vəsaitlərin xərclənməsinə də ciddi nəzarət olunmasını istəyir. Bu qurum hesab edir ki, film çəkilişi sahəsində büdcələrin hazırlanması hökumətin yaxından iştirakı ilə aparıla bilər. Üstəlik filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG