Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

-

Fevralın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçirilən iclas cəmi bir neçə dəqiqə çəkib. Buna səbəb isə cavabdeh Ədliyyə Nazirliyinin nümayəndəsinin bu dəfə də məhkəmədə iştirak etməməsi olub.

Məhkəmə prosesinə sədrlik edən hakim Elçin Məmmədova ölkənin bir sıra tanınmış hüquqşünas və vəkillərinin etibarnaməsi təqdim olunub. Məlum olub ki, Xalid Bağırov, Vidadi Mirkamal, Qurban Məmmədov, Namizəd Səfərov, Yalçın İmanov da AXCP sədri Əli Kərimlinin nümayəndəsi qismində bu prosesə qoşulur.

Növbəti məhkəmə iclası martın 30-na təyin olunub.

AXCP qaldırdığı iddia ərizəsində Ədliyyə Nazirliyinin imtina qərarının qanunsuz hesab olunması və partiyanın qurultayının nəticələrinə dair məlumatların dövlət reyesterinə daxil edilməsi barədə qərar çıxarılmasını istəyir.

Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. İmtinaya səbəb kimi, bir müddət əvvəl AXCP-dən ayrılmış Razi Nurullayevin də AXCP "Etimad qurultayı" adı ilə sənəd təqdim etməsi göstərilib. Nazirlik "eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlərin daxil olduğunu nəzərə alaraq" AXCP-nin qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. İmtina qərarında AXCP-yə mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG