Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:10

“Guantanamo bazasındakı həbsxananın saxlanması ABŞ-ın dəyərlərinə ziddir və bu onun dünyadakı imicinə ləkə gətirir”

Bunu fevralın 23-də ABŞ prezidenti Barack Obama bəyan edib.

Prezident hazırda bu həbsxanada saxlanılan 35 məhbusun digər ölkələrə veriləcəyini, həmçinin digər məhbusların işinə baxılmasının tezləşdiriləcəyini bidirib.

Qeyd edək ki, Pentaqon Guantanamodakı hərbi həbsxananın bağlanmasını planlaşdırır.

35 məhbus digər ölkələrə veriləcək, təxminən 60 məhbus isə ABŞ həbsxanalarına köçürüləcək.

Pentaqonun məlumatına görə, həbsxananın bağlanması 290-475 milyon dollara başa gələ bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG