Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

-

Fevralın 23-də Ali Məhkəmədə jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı kassasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Aynur İmranovanın çıxışına 2013-cü ilin aprelində QHT-lərə açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub. Jurnalist bu məhdudiyyətin aradan qaldırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. Dövlət Sərhəd Xidməti də üçüncü şəxs qismində bu işə cəlb olunub. Lakin iddia mümkünsüz sayılıb. Bu qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Aynur İmranova Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG