Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:38

Jurnalistin anası kömək istəyir


Rauf Mirqədirovun anası - oğluna hökm oxunarkən

Rauf Mirqədirovun anası - oğluna hökm oxunarkən

-

Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva ictimaiyyətə müraciət edib.

Jurnalistin anası həbsdəki oğlunun səhhətində ciddi problemlərin yaranmasından ciddi narahatlıq bildirərək onun azadlığa buraxılmasına yardım istəyir.

“Raufun səhhətində ciddi problemlər yaranıb. Oğlumun beyindaxili təyziqi gözlərinə təsir edir. Təyziqi qalxarkən gözləri qaralır, bəzən tutulur. Güclü baş ağrılarından yalnız dərmanların köməyi ilə müvəqqəti sakitlik tapa bilir. Onun ciddi müalicəyə ehtiyacı var. Sizdən rica edirəm, mənə bu yaşımda övladıma qulluq etmək, onu müalicə etmək imkanı verin” - deyə ananın müraciətində qeyd edilir.

Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verililən şikayətə baxılır.

Ötən həftə jurnalistin vəkili Fuad Ağayev R. Mirqədirovun səhhətində ciddi problemlərin olduğunu açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG