Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Suriyanın xarici işlər Nazirliyi fevralın 23-də prezident Bashar Assadın ABŞ və Rusiyanın vasitəçilik etdikləri atəşkəs razılaşmasını qəbul etdiyini bəyan edib.

Amma xəbərdarlıq edib ki, silahlı qruplar bundan öz mövqelərinin möhkəmlənməsi üçün istifadə etsələr rejim buna atəşkəsin pozulması kimi baxa bilər.

Atəşkəs fevralın 27-də gecə qüvvəyə minməlidir.

Amma fevralın 22-də açıqlanan birgə bəyanatda bunun İslam Dövləti qrupu, Al-Qaeda ilə əlbir olan bağlı Al-Nusra cəbhəsi və BMT-nin terrorçu saydığı digər təşkilatlara aid olmadığı bildirilir.

Münaqişə tərəfləri Dəməşq vaxtıyla fevralın 26-sı gecəyarıyadək atəşkəslə razılaşdıqlarını bəyan etməlidirlər.

Rusiya prezidenti Vladimir Putin bu razılaşmanın Suriyada qan tökülməsinə son qoyacaq real addım olduğunu bildirib.

Ağ Ev bunun icrasının çətin olacağını, amma “fürsət anı” olduğunu bildirib.

Suriyanın əsas müxalifət qruplaşması olan Ali Danışıq Komitəsi atəşkəsimüsbət qarşılayıb, amma qeyd edib ki, mühasirələr bitməli, dinc sakinlərə qarşı hücumlar dayandırılmalı, məhbuslar azad edilməli və əhaliyə yardımın çatdırılmasına əngəl yaradılmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG