Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:00

-

Fevralın 23-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi parlamentə «2016-ci il dövlət büdcəsi haqqında» qanuna dəyişikləri təqdim edib.

modern.az-ın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə müzakirələrdə deyib ki, dünya bazarında neftin qiyməti dəfələrlə aşağı düşüb. Üstəlik, bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən az itki ilə çıxsın.

Z.Səmədzadə deyib ki, büdcə layihəsində xərclər artıb: «Buna sosialyönümlü xərclərin artması səbəb olub. Gələcəkdə əsaslı xərclərin daha da artırılması genişləndiriləcək. Cari xərclərdə bir manat da mənfi meyllər müşahidə olunmur. Müdafiə olunan xərclərin dinamikasında müsbət meyllər var. Xərclərin strukturunun daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ayrılan vəsaitlərdən səmərəli istifadə olunması ön plana çəkilməlidir».

Deputat sonda bildirib ki, dəyişikliklər reallıqdan, dünyada baş verən proseslərdən irəli gəlir.

Dəyişikliklər layihəsinin müzakirəsi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG