Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

-

Martın 1-də saat 19:00-da Nizami Kino Mərkəzində «İçərişəhər» bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, film Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında dövlət sifarişi ilə çəkilib.

Gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən danışan filmin ideya müəllifi Təhminə Rafaella, quruluşçu rejissoru İlqar Safat, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov, Murad Məmmədov və başqaları çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG