Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:41

-

Yerin cənub yarımkürəsində indiyədək qeydə alınmış ən güclü qasırğa ötən həftəsonu Ficidə azı 29 nəfərin həyatına son qoyub.

Winston qasırğasının ən böyük zərbəsi Ficinin Koro adasına dəyib. Bu adada 4 min 500 nəfər yaşayır. Qasırğa adadakı, az qala, bütün binaları yerlə yeksan edib.

“Bütöv kəndlər dağılıb, evlərə, məhsula ziyan dəyib, hazırda 8 mindən artıq insan 70 evakuasiya mərkəzinə sığınıb”, BMT-nin baş katibinin köməkçisi Stephen O'Brien deyib.

900 min əhalisi olan Ficinin 100-dən çox adasında yaşayış var.

Baş nazir Voreqe Bainimarama qasırğanı “Ficiyə hücum” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG