Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

-

Suriya Prezidenti Bashar Assad aprelin 13-də ölkədə parlament seçkisi təyin edib. Bundan az öncə Birləşmiş Ştatlar və Rusiya bu həftəsonu atəşkəsin qüvvəyə minəcəyini bildiriblər.

Assad-ın bununla BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl edib-etmədiyi aydın deyil. Həmin qətnamədə atəşkəsdən sonra, 18 aylıq siyasi keçidinin bir hissəsi olaraq parlament və prezident seçkisi keçirmək nəzərdə tutulurdu.

İndiki parlamentin müddəti mayda bitir. Ölkədə seçki 4 ildən bir keçirilir və sonuncu dəfə 2012-ci ilin mayında parlament seçkisi keçirilib.

Sonuncu seçkidən sonra Assad kənd təsərrüfatı naziri Riad Hijab-ı yeni baş nazir təyin etmişdi. Ancaq o, hazırda Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda əyləşir və Assad rejiminə əsas müxalifət qruplaşmasına rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG