Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05

-

İranın qırx media və mətbuat orqanı yazıçı Salman Rushdie haqda Ayatollah Ali Khamenei'nin verdiyi ikinci fətvanı yeniləyiblər. "Independent" İranın Fars xəbər agentliyinə istinadən xəbər verir.

Onlar indi Salman Rushdie'nin qətlə yetirilməsi üçün hərəsi müəyyən miqdar qoymaqla 600 min ABŞ dolları vəd edirlər. Qətl pulunda ən çox payı olan 30 min ABŞ dolları boyun olan Fars xəbər agentliyidir.

Rushdie 1988-ci ildə "Şeytan ayələri" (Viking Press) romanından sonra ilk dəfə fətva mövzusu olmuşdu. İran İslam Respublikasının banisi Ayatollah Ruhollah Khomeini bu romanı pisləyəndən sonra Rushdie polis nəzarəti altında yaşamağa məcbur olmuşdu.

Bu romanın yapon tərcüməçisi Hitoshi Igarashi Tsukuba Universiteti qarşısında qətlə yetirilmişdi, italyan tərcüməçisi Ettore Capriolo Milandakı evinin qarşısında qətldən qurtula bilmişdi, romanın Norveç naşiri Oslodakı evinin qarşısında kürəyindən üç dəfə güllə yarası alaraq ölmüşdü.

Keçən il Frankfurt Kitab Sərgisi məsələsindən sonra İran tərəfi bu fətvanın müddətinin başa çatdığını demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG