Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

-

Fevralın 23-də Azərbaycanda su çərşənbəsi qeyd edilir. Bu, Novruz bayramı silsiləsinə daxil olan 4 çərşənbənin birincisidir.

İnanclara görə, “Tanrı suyu ilk olaraq yaratdı”ğı üçün ilk su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbə suyun dirilməsi və ya oyanması anlamına gəlir. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su çərşənbəsi həm də insanın yaradıldığı dörd ünsürün birincisi kimi qəbul edilir. Ona görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, qışın arxada qalması anlamına gəlir.

Su çərşənbəsində masa üzərinə su qoymaq xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Bu çərşənbədə xanımların sübh erkəndən axar su üstünə getmələri kimi inanc var. Bütün arzu diləklər daim saf olan axar sulara deyilər, uğur və xoşbəxtlik istənilər.

Sonra ardıcıllıq üzrə od, yel və torpaq çərşənbəsi gəlir. Bu il bahar Azərbaycana martın 20-də səhər saat 8-30-da qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG