Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

-

Minlərlə əfqan Yunanıstanın şimal sərhədində və Afina yaxınlığında qalıb. Belə ki, Avropa Birliyinin üzvü olmayan Makedoniya əfqanları buraxmır.

Məlumatlara görə, 5 min əfqan Idomeni yaxınlığında və ya Makedoniya ilə sərhəddə avtobuslardadır. Daha 4 min nəfər Piraeus limanına çatıb.

Makedoniya yalnız suriyalı və iraqlıların buraxılacağını deyir, Serbiyanın əfqanlara icazə vermədiyini bildirir. Belqrad isə hələlik əfqanlara qadağayla bağlı aydın cavab verməyib. İndiyədək belə bir qadağa olmayıb.

Bu il Türkiyədən yunan adalarına 100 min miqrant və qaçqın keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG