Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

-

Birləşmiş Ştatlar və Rusiya Suriyada atəşkəs üzrə planlarını elan ediblər. Atəşkəs fevralın 27-də gecə qüvvəyə minməlidir.

Fevralın 22-də açıqlanan birgə bəyanatda bildirilir ki, atəşkəs İslam Dövləti (İŞİD) silahlı qruplaşması, Al-Qaeda-ya bağlı Al-Nusra cəbhəsi, BMT-nin terrorçu dediyi digər təşkilatlara aid deyil.

Münaqişə tərəfləri Dəməşq vaxtıyla fevralın 26-da gecəyarıyadək atəşkəsə razılaşdıqlarını açıqlamalıdırlar.

Rusiya prezidenti Vladimir Putin deyib ki, bu razılaşma Suriyada “qan axıdılmasını kəsəcək real addımdır”.

Ağ Ev bunun icrasının çətin olacağını, ancaq “fürsət anı” olduğunu bildirib.

Suriyanın əsas müxalifət qruplaşması olan Ali Danışıq Komitəsi atəşkəsi qəbul edəcəyini bildirib, ancaq şərtlərini də açıqlayıb: mühasirələr bitsin, dinc sakinlərə hücumlara son qoyulsun, məhbuslar azad edilsin, yardımın çatdırılmasına əngəl yaradılmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG