Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

A.Çexov: Demə Ay parıldayır, sınmış stəkanda Ayın nurunu göstər


İllüstrasiya

İllüstrasiya

Bir daha "Demə, göstər!" qanunu haqqında

-

Gənc yazıçılara məsləhətlər

Evan Marshall "Roman yazmağın Marşal Planı" kitabında yazır:

“Metro stansiyası köhnə idi” yazma. Yaz: “Platformanın kənarında hörüklü kişi əlində butulka dayanmışdı, gələnə-gedənə “Xırdan olmaz?” deyirdi. Kanal Küçəsi işarəsinin ətrafı büsbütün narıncı yumru-yumru divar yazılarıydı. Bura sidik və kartof çipsləri qoxusu verirdi.”

Robert Mckee "Hekayə" kitabında yazır:

"O, orada uzun müddət oturdu” demək çox asandır. Roman yazıçısı ekran yazıçısından öyrənməlidir. Onlar ekranda göstərmək üçün yazırlar. Bəlkə ekran yazıçıları “O, onuncu siqaretni sümürür”, bəlkə “O, əsəbiliklə saatına baxır”, ya bəlkə “O, oyaq qalmağa çalışaraq əsnəyir" yazırlar? Yox, onlar belə yazmırlar."

Yazıçı Chuck Palahniuk 2013-cü ildə yazdığı bir məqalədə “fikirləşdi feillərini” qadağan etməkdən danışır. Söhbət "düşünür, bilir, qərara gəlir, inanır, istəyir, xatırlayır, təsəvvür edir, arzulayır" kimi feillərdən gedir. O, bunları “xüsusi hissi detallarla", hərəkətlə, qoxuyla, dadla, duyğuyla əvəz etməkdən danışır.

"Demə, göstər!" qanunu haqqında Anton Çexovun "Ay" misalı kimisi yoxdur:

"Mənə Ay parıldayırdı demə, Ayın sınmış stəkana düşən əksini göstər."

Dostoyevsky'nin yazı masası

Dostoyevsky'nin yazı masası

Yazıçı James Scott Bell yazır ki, bəzən yazıçı səhnəni qısaltmaq üçün göstərmək əvəzinə deyə bilər. Göstərmək – səhnələri canlı etmək üçündür. Amma əgər elə hey göstərirsənsə, demirsənsə, bu, əsəri çox uzada bilər. "Göstərmək" çoxlu söz tələb edir, "demək" isə vaxta və uzunluğa qənaətdir.

"Demə, göstər" qanunu oxuculara sənin nə demək istədiyini dialoqlar və hərəkət vasitəsilə bilmək imkanı verir. Göstərmək səhnəni canlı tutmaqdır. Amma həddini aşmaq olmaz. Vaxta qənaət etmək, hekayəni irəli aparmaq üçün "demək" lazımdır, yalnız göstərə-göstərə nəsr çox uzana, intizamını itirə bilər.

Amma nə vaxt deməli, nə vaxt göstərməli?

"Göstərmək" - səhnələri dramatikləşdirmək üçündür. Dramatik səhnələrdə "demək" böyük qəbahətdir, dramatik səhnələrdə məhz göstərmək lazımdır. Səhnələr arasında isə uzunluğa qənaət etmək üçün "demək" olar.

Amma yenə də "göstərmək" bu işin əsas qanunu olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG