Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

-

Fevralın 22-də səhər saat 11-dən başlayaraq dövlət resurslarının cəmləşdiyi «gov.az»a daxil olmaq mümkün olmayıb. Yalnız günün ikinci yarısında problem aradan qalxıb.

Əlaqəli dövlət qurumu bunu texniki yeniləmə ilə izah edir:

“Bu gün dövlət strukturlarına aid internet informasiya resurslarına girişdə fasilələrin olması bu qurumlara xidmət edən data mərkəzə ehtiyat qida mənbəyinin qoşulması ilə əlaqədar olub”.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin xəbərində belə deyilir. Report-un xəbərinə görə, hazırda ehtiyat qida mənbələrinin qoşulması və digər texniki təhlükəsizlik tədbirləri davam etdirilir.

Agentlik görülən təhlükəsizlik tədbirləri ilə bağlı əlavə məlumat verəcək.

Adının gizli qalmasını istəyən internet sahəsində əcnəbi mütəxəssis Turan-a açıqlamasında dövlət saytlarının bağlanmasının bir sıra mümkün səbəblərini açıqlayıb:

“Profilaktika, infrastruktur səviyyəsində dərin xarici müdaxilə və ya texniki heyət tərəfindən sındırılma ola bilər ”.

Ekspert serverdə texniki nasazlığı da istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG