Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

-

Azərbaycanda ən çox qan dövranı xəstəlikləri ölümə səbəb olur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə qeydə alınan 54,7 min ölüm halının 60 faizini qan dövranı xəstəliklərindən baş verib.

Həzm sistemi xəstəlikləri 5, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri 4, tənəffüs orqanlarının xəstəlikləri isə 3 faiz ölümə səbəb olub.

Ötən il ölüm halları 2014-cü illə müqayisədə azalıb.

2016-cı ilin əvvəlinə olam məlumata görə, Azərbaycanın 9 milyon 705,6 min nəfər sakini var.

XS
SM
MD
LG