Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

-

Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana gələcək.

Trend-in xəbərinə görə, bu səfərdə qaz alışı ilə bağlı danışıqlar davam etdiriləcək. K.Kaladze səfərin məqsədindən danışarkən SOCAR rəhbərliyi ilə görüşəcəyini bildirib:

“Biz "Şahdəniz"dən əlavə qaz ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə "Qazprom"la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq”.

Kaxa Kaladze bu ayın əvvəlində də Bakıya gəlmişdi. O, SOCAR rəhbərliyi ilə görüşərək Azərbaycandan qaz idxalını artırmaq istədiklərini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG