Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

-

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev barəsində çıxarılan məhkəmə hökmlərinin ləğv edilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

N.Quliyev qanunsuz silah saxlamada təqsirli sayılaraq 2013-cü ildə həbs olunub. Abşeron Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Sumqayıt Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

APA-nın xəbərinə görə, sabiq nazir Ali Məhkəməyə müraciətində barəsində olan cinayət işinin ləğv edilməsini, azadlığa buraxılmasını tələb edir.

Sabiq xarici iqtisadi əlaqələr naziri 2004-cü ilədək Abxaziya prezidentinin müşaviri olub. Həmin ildə Azərbaycana qayıdan N.Quliyev bizneslə məşğul olub. O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı.

Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG