Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Səudiyyədə 32 şiənin məhkəməsi başlanır


Yanvarda İrandakı Səudiyyə səfirliyi yandırıldı

Yanvarda İrandakı Səudiyyə səfirliyi yandırıldı

-

Səudiyyə Ərəbistanında 32 nəfər İrana casusluq ittihamıyla məhkəməyə çıxarılıb. Onlardan 30-u ölkədə azlıqda olan şiə müsəlmanlardandır.

Biri iranlı, biri də əfqan olan 32 nəfər 2013-cü ildə saxlanıb. Səudiyyə şiələri onların tanınmış ictimai olduğunu, siyasətə qarışmadıqlarını bildirir.

İttihamlara İran kəşfiyyatı ilə casus şəbəkəsinə girmək və onlara həssas hərbi məlumat ötürmək, Səudiyyənin iqtisadi maraqlarına təxribat törətmək, məzhəbçiliyi qızışdırmaq daxildir.

Bu məhkəmə ölkədə şiə və sünnilər arasında, eləcə də İranla gərginliyi artıra bilər.

Yanvarda Səudiyyədə şiə ruhanisinin edamından sonra ikitərəfli münasibətlər pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG