Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:33

Sabah az yağış yağacaq


Yağış
Yağış

-

Fevralın 23-ü Bakı və Abşeronda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, bəzi yerlərdə gecəyə doğru az yağış yağacaq. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti gözlənilir.

Ölkənin rayonlarında da sabah yağıntıların az olacağı bildirilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti gözlənilir.

XS
SM
MD
LG