Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:07

Etik davranış daha çox harada pozulur?


Foto illüstrasiya
Foto illüstrasiya

-

2015-ci ildə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanunun pozulmasına görə, 404 tənbeh tədbiri görülüb. İntizam tənbeh tədbirlərindən 321-i mərkəzi, 83-ü isə yerli icra hakimiyyəti orqanlarındakı dövlət qulluqçusu barədədir. Xəbəri «Report» yayıb.

Ən çox pozuntu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin payına düşür. Bu nazirliyin əməkdaşları 141 dəfə pozuntuya yol verib. Bu mənada sonrakı yerlərdə Dövlət Sosial Müdafiə Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəlir. Təhsil, maliyyə nazirlikləri və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də siyahıda yer alıb. Ən az pozuntunun isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə qeydə alındığı bildirilir.

XS
SM
MD
LG