Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:01

Əsgər postda güllələnib


Sənan Mehdizadə
Sənan Mehdizadə

-

Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə qeyri-döyüş şəraitində vəfat edib.

Bu barədə Sənan Mehdizadənin qardaşı Kənan Mehdizadə öz Facebook səhifəsində yazıb.

K.Mehdizadə qardaşı S.Mehdizadənin əsgər yoldaşı tərəfindən postda vurulduğunu və 17 güllə yarası aldığını yazır.

S.Mehdizadə 2015-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb.

Öz növbəsində, DSX mətbuat xidmətindən «Turan»a hadisə barədə məlumatsız olduqları deyilib. DSX Mətbuat mərkəzinə sorğu göndərilib, hələlik, sorğuya cavab verilməyib.

XS
SM
MD
LG