Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:51

Kəndə qayıdış, banklara inamsızlıq və milyardlar


Qatar
Qatar

-
Neftin qiymətinin düşməsindən sonra ölkədə yaranan çətinliklər medianın aparıcı mövzusudur.

AZƏRBAYCANDA İQTİSADİ ARTIM DAVAM EDİR

Hərçənd, «Azərbaycan» qəzeti antiböhran tədbirlərinin iqtisadi inkişafın davamlılığına təkan verəcəyini bildirir.

«Hazırda qlobal maliyyə böhran hələ də bəzi regionlarda, o cümlədən Azərbaycanda davam edir. Amma 2 il əvvəl başlanan böhranın indiki dalğasının iqtisadiyyatımıza təsiri neqativ olsa da, bu digər ölkələrlə müqayisədə aşağı səviyyədədir. Başqa sözlə desək, Azərbaycanda iqtisadi artım davam edir»- deyə qəzetə nikbin bir mövqe əks etdirilir.

BAKIDAN KƏNDLƏRƏ BÖYÜK KÖÇ BAŞLAYIR

Bu, ANSpress.com saytında dərc edilən bir məqalənin başlığıdır. Məqalədə qeyd edilir ki, 1990-2000-ci illərdə Bakıya başlayan axın artıq əks prosesə çevrilib. «Bakıda bu prosesin təzahürünü ilk olaraq əmlak bazarında hiss etmək olar. Paytaxtda kirayədə qalan əyalət sakinlərinin bir qismi mənzillərini tərk edərək kəndlərdəki evlərinə dönüblər» - deyə məqalədə qeyd edilir.

GÖMRÜKDƏ 21 MİLYARD DOLLARLIQ MAL QEYDƏ ALINMAYIB

«Son 6 ildə gömrükdə 21 milyard dollarlıq mal uçotdan yayındırılıb. Təkcə ötən il 3 ölkə ilə ticarətdə 1.6 milyardlıq korrupsiya baş verib». İqtisadçı Qubad İbadoğlunun bu araşdırması azadlıq.info saytında yer alıb.

İqtisadçı-ekspert Qubad İbadoğlu iddia edir ki, 2015-ci il Rusiya, Gürcüstan və Türkiyə ilə ticarətdə gömrükdə 1.6 milyard dollar vəsait gizlədilib:

Qubad İbadoğlu
Qubad İbadoğlu

«Rusiyadan Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal daxil olub. Komitənin rəsmi bülletenində bu rəqəm 1 milyard 437 milyon 901 min dollardır. Fərq 805 milyon 234 min dollar təşkil edir.

Türkiyə Azərbaycana 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərib. Komitənin bülletenində Türkiyədən 1 milyard 171 milyon 385 min dollarlıq mal alındığı göstərilir. Fərq 728 milyon 123 min dollardır.

Gürcüstan Azərbaycana 124 milyon 160 min dollarlıq mal göndərib. Bülletendə bu rəqəm 67 milyon 992 min dollar göstərilir. Fərq 56 milyon 268 min dollardır».

Məqalədə qeyd edilir ki, eyni metodika ilə aparılan araşdırmanın bundan əvvəlki nəticələri də dəhşətli rəqəmlər üzə çıxarıb: «Məlum oldu ki, 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən Azərbaycana 21 milyard 580 milyon dollar həcmində idxal malları statistik uçotdan yayındırılıb».

Fitch Ratings
Fitch Ratings

BANKLARA ETİBAR AZALIB

«Beynəlxalq analitiklər Azərbaycan banklarının reytinqi ilə bağlı bədbin proqnozlar verirlər. Həmçinin bankların reytinqi kəskin şəkildə aşağı salınıb».
Bu fikirlər isə «Yeni Müsavat» qəzetindən götürülüb.

Məqalədə qeyd edilir ki, «Fitch Ratings» beynəlxalq reytinq agentliyi fevralın 26-da Azərbaycanın kredit reytinqinə yenidən baxmağı planlaşdırır:
«Standart&Poor's» agentliyi hələ yanvarın 29-da Azərbaycanın kredit mövqeyini «BBB-» səviyyəsindən «BB+» səviyyəsinə endirib. Buna səbəb kimi neftin ucuzlaşması, xarici valyuta ehtiyatlarının azalması göstərilir. Yerli və xarici valyutada ölkənin qısamüddətli reytinqi «A-3» səviyyəsindən «B» səviyyəsinə endirilib. Yenə də səbəb olaraq neftin ucuzlaşması nəzərə çatdırılır. «Moody's» isə fevralın 5-də ölkənin kredit reytinqini «Ba1» pilləsinə qədər azaltdı və onu gələcəkdə də endirilə biləcək mövqedə yerləşdirdi».

Məqalədə yerli ekspertlər Əkrəm Həsənov və Natiq Cəfərli isə bankların reytinqlərinin düşməsini onlara etibarın azalması kimi izah ediblər. Ekspertlər deyiblər ki, artıq ölkəyə investisiya qoymaq riskli sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG