Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Liviyada islamçıların gerilədiyi bildirilir


Liviyada İŞİD-çilərin əsir götürdüyü xristianlar, arxiv fotosu

Liviyada İŞİD-çilərin əsir götürdüyü xristianlar, arxiv fotosu

-

Liviyanın şərqində hökumətə sadiq hərbi qüvvələr Benqazinin bir neçə yerində islamçı döyüşçüləri geri oturtduqlarını bildirilirlər.

Liviya Milli Ordusu fevralın 21-də bildirib ki, Marisa strateji liman şəhəri və Benqazidən 150 km cənubda yerləşən Ajdabiya şəhərinə nəzarəti ələ alıblar.

Azı 3 əsgərin və 15 islamçı yaraqlısının öldürüldüyü bildirilir.

2011-ci ildə Muammar Qaddafi devriləndən sonra Liviya rəqib qüvvələrin döyüş meydanına çevrilib. İŞİD yaraqlıları bu yaxınlarda Sirte şəhərini ələ keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG