Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:18

-

ABŞ və Avropa Birliyi diplomatları bildirirlər ki, Makedoniya apreldə “etibarlı” parlament seçkiləri keçirməkdən ötrü yetərli iş görməyib.

Aralıq baş naziri Emil Dimitriev-ə birgə məktubda AB və ABŞ-ın səfirləri Aivo Orav və Jess Baily müxalifətin durumla bağlı dəyərləndirməsilə razı olduqlarını bildiriblər.

Müxalifətin əsas partiyası olan SDSM seçkini boykot etməklə hədələyib. Partiya azad və ədalətli seçki şərtlərinin olmadığını bildirib.

Aprelin 24-nə planlaşdırılan erkən seçki ötən il hökumətlə müxalifət arasında AB-nin vasitəçiliyi ilə əldə olunmuş sazişdə nəzərdə tutulub.

Səfirlər, özəlliklə, “seçicilərin və digərlərinin qorxudulmasıla bağlı məlumatlar”dan narahatlıq bildiriblər.

Bəzi partiya liderləri seçkini iyunun 5-də keçirməyi təklif edirlər.

Makedoniya 2005-ci ildən AB-yə namizəd ölkədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG