Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:08

-

Xəzərin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd aşkar ediblər. Bu barədə rayonunun hüquq-mühafizə orqanları Virtualaz.org saytına xəbər veriblər.

Cəsəd Dövlət Sərhəd Xidməti gəmisinin göyərtəsinə götürülüb və Neftçala şəhərinə göndərilib. Hazırda meyitin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçiriləcəyi gözlənilir. İlkin ehtimallara görə, cəsəd “Günəşli” neft yatağında baş verən qəza zamanı itkin düşmüş neftçilərdən birinin ola bilər.

2015-ci il dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın nəticəsində 64 nəfərin həyatına təhlükə yaranmışdı. Onlardan 34 nəfər xilas edilib, 7 meyit tapılıb. Daha sonra 6 meyit axtarışlar nəticəsində aşkarlanıb. 17 nəfər hələ də itkin düşmüş sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG