Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

Prezident Əliyev sabah İrana gedir


Ayətulla Ali Khamenei (sağda) və İlham Əliyev, 9 aprel, 2014-cü il

Ayətulla Ali Khamenei (sağda) və İlham Əliyev, 9 aprel, 2014-cü il

-

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İrana rəsmi səfər edəcək.

Bunu İranın Kommunikasiya və Texnologiya naziri Mahmud Vaezi fevralın 21-də Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevlə İranda görüşündən sonra açıqlayıb.

IRNA agentliyinin məlumatına görə, Əliyev İran rəsmiləri ilə görüşəcək, ikitərəfli münasibətlərin inkişafını hədəfləyən 11 əməkdaşlıq sazişi imzalayacaq.

Əliyevi sonuncu dəfə İranda 2014-cü ildə olub, Ali dini lideri Ayətulla Ali Khamenei ilə görüşüb.

İranın 80 milyonluq əhalisinin 16-25 faizini azərbaycanlılar təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG