Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

30 ilə onminlərlə qaçqın qəbul edən balıqçı adası


Qalib filmdən görüntü

Qalib filmdən görüntü

-

Gianfranco Rosi (ortada) və film heyəti "Qızıl Ayı" mükafatını alandan sonra

Gianfranco Rosi (ortada) və film heyəti "Qızıl Ayı" mükafatını alandan sonra

İtalyan rejissor Gianfranco Rosi'nin "Fuocoammare" (Dənizdə alov) sənədli filmi Berlin Beynəlxalq Film Festivalının qalibi olub, "Qızıl Ayı" mükafatını qazandı.

Film Aralıq dənizində, İtaliyanın Lampeduza adasına qaçqın axınından bəhs edir.

Məhz bu filmin qalib olması qaçqınlara pulsuz bilet paylamış festivala uyğun nəticə oldu. Filmdə müharibədən və kasıblıqdan həyatını riskə atmaqla qaçanlar və onları qəbul edən Lampeduza sakinləri canlanır.

"Əlbəttə, bu məqamda mənim fikrim ümid səyahətində Lampeduza adasına gedib çata bilməyənlərin yanındadır" - Rosi mükafatını Berlin Kino Sarayında qəbul edərkən söyləyib və bu uğurunu qaçqınları qonaqpərvərliklə qəbul edən Lampeduza camaatına ithaf etdiyini deyib.

Onun sözlərinə görə, bugün dünya mediasının xəbər başlıqlarına çıxan qaçqın axını Şimali Afrikaya yaxın yerləşən bu adaya 30 il bundan əvvəl başlanıb.

Rejissor Rosi adanın həkimi, qaçqınları müalicə edən Dr. Pietro Bartolo'dan soruşub ki, axı niyə onminlərlə qaçqını qəbul ediblər.

"Həkim mənə dedi ki, Lampeduza balıqçı adasıdır, onlar həmişə dənizin gətirdiyi hər şeyi qəbul edirlər. Bu, bəlkə bizə dərs olmalıdır, biz də dənizin gətirdiklərini qəbul edək" - Rosi belə deyib.


XS
SM
MD
LG