Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

-

«Artıq neçənci dəfədir ki, Rusiya işğalçı Ermənistanı qanuni, ya da qeyri-qanuni yollarla silahlandırır. Rusiyanın regionun indiki gərgin vəziyyətində Ermənistana 200 milyon dollarlıq silah-sursat almaq üçün vəsait ayırması bu ölkənin regionda sülhün, sakitliyin tərəfində olmadığını göstərir».

Hərbi ekspert Üzeyir Cəfərli Moskvanın Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar kredit ayırmasını AzadlıqRadiosuna belə şərh edib.

«BU, TÜRKİYƏYƏ DƏ MESAJDIR»

Ekspert deyir ki, bunun Rusiya-Türkiyə münasibətlərinin son gərginləşməsi fonunda baş verməsi də diqqət çəkir:

«Rusiyanın işğalçı Ermənistana hərbi yardımları heç də yaxşı məsələlərdən xəbər vermir. Bu həm də Azərbaycanın müttəfiqi olan Türkiyəyə də bir mesaj kimi də qiymətləndirilməlidir. Bu silahlardan, istənilən halda, Türkiyəyə qarşı da istifadə oluna bilər».

«BİR MİLYARDLIQ SİLAH GÖNDƏRİLƏCƏK»

Hərbi ekspert Azad İsazadə də deyir ki, Ermənistana verilən silahlar həm Azərbaycana, həm də Türkiyəyə tuşlana bilər:

Azad İsazadə

Azad İsazadə

«Bu silahların Azərbaycana qarşı istifadə olunacağı birmənalıdır. Bu gün həm də Rusiya ilə Türkiyənin münasibətləri həddindən artıq gərgindir. Ermənistan ərazisi faktiki Türkiyə ilə sərhəddir. Sabah Rusiya ilə Türkiyə arasında nəsə toqquşma olsa, həmin döyüş silahlarından istifadə olunacaq. Bu gün Cənubi Qafqaz regionu Suriyada baş verənlərə çox yaxındır. İkinci təhlükəli məqam odur ki, Rusiyanın Ermənistana ayırdığı pul sabah üçüncü qüvvələrə, o cümlədən kürd separatçılarına da çatdırıla bilər. Ermənistan tranzit zona kimi istifadə oluna bilər. 200 milyonun əvəzinə bir milyardlıq silah göndəriləcək. Silahlar bu yolla Ermənistandan başqa yerlərə də göndərilə bilər».

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev də Rusiyanın Ermənistanı müasir silahlarla silahlandırmasının bir səbəbini Türkiyənin Azərbaycanla müttəfiq olmasına bağlayır.

Həmin razılaşmanın şərtlərinə əsasən, Ermənistan alışın 10 faizini ödəyəcək, qalan hissə isə kreditlə ödənəcək.

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG