Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:06

Yenilənən büdcədə sosial xərclər artıb


Manat
Manat

-

Yenilənən dövlət büdcəsində sosial müdafiə xərcləri 2 milyard 698.8 milyon manatdır. Büdcənin ilkin variantı ilə müqayisədə bu sahə üzrə artım 42.3 faiz olub.

Bu haqda fevralın 20-də dövlət büdcəsinə dəyişiklikləri müzakirə edən parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında Hadı Rəcəbli məlumat verib. Komitənin iclasından AZƏRTAC xəbər yayıb.
Hadı Rəcəbli bildirib ki, sosial müdafiə dövlətin prioritet məsələsi olaraq qalmaqdadır.

Layihədə Dövlət Sosial Müdafiə Fondun büdcəsi də artırılıb. Fondun sədri Elman Mehdiyev deyib ki, fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılıb. Bu göstərici təsdiq olunan büdcədəkindən 228.8 milyon manat artıqdır. Gözlənilən artım məcburi dövlət sosial sığorta aktları və dövlət büdcəsindən ayrılacaq transfer hesabına təmin ediləcək.

2016-cı ildə əhaliyə ödənişlərsə 7 faiz artırılaraq 3 milyard 239 milyon manata çatdırılıb.

Komitə yenilənmiş büdcə layihəsini parlamentin plenar iclasında müzakirəyə tövsiyə edib.

Fevralın 23-də layihənin parlamentin müzakirəsinə çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG