Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

-

Xalq Cəbhəsi Partiyası fəalı Rail Rüstəmov inzibati xəta törətdiyinə görə həbs olunub.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

DİN səlahiyyətlisi deyib ki, Rail Rüstəmov fevralın 15-də təmirə verdiyi avtomobili götürdükdən sonra yoxlamaq məqsədi ilə sürətlə idarə edib.

«Həmin vaxt maşının dövlət nömrə nişanı üzərində olmayıb. Bununla bağlı da konkret şikayət olub. Şikayətçilər bildirib ki, həmin avtomobil, az qala, qəza törədərək bizi vuracaqdı. Sonradan araşdırma nəticəsində bəlli olub ki, avtomobilin sənədləri qaydasında deyil. Etibarnamənin müddəti bitib. Digər tərəfdən o da məlum olub ki, Rail Rüstəmovun özünün sürücülük vəsiqəsi yoxdur. Bu baxımdan onun əməli avtoxuliqanlıq kimi sənədləşdirilib və rayon məhkəməsi də 20 sutka inzibati həbs verib» - deyən O.Mansurzadə cəbhəçi fəalın həbsində hər hansı siyasi motivin olmadığını vurğulayıb.

R.Rüstəmovun atası, AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli isə «Azadlıq» qəzetinə oğlunun siyasi fəaliyyətinə görə həbs olunduğunu söyləyib.

«Doğrudur, mənim oğlumun sürücülük vəsiqəsi yoxdur. Amma o maşını yüksək sürətlə idarə etməyib. İndiyə qədər oğlumun avtoxuliqanlıq etməsi barədə bircə fakt belə yoxdur. Rail «avtoş» idisə yəqin ki, indiyə qədər buna dair bir fakt olardı. Digər tərəfdən o, cərimə də oluna bilərdi. Amma birbaşa həbs veriblər. Əgər bu siyasi fəaliyyətlə əlaqədar deyilsə, bəs məni niyə çağırıb hədələyiblər? Mənə hədə-qorxu gələrək tələb etdilər ki, Facebook-dakı fəaliyyətimə son verim?...» - deyə S.Rüstəmli bildirib.

Rail Rüstəmov fevralın 16-da saxlanılıb. Sabirabad Məhkəməsi ona inzibati qaydada 20 sutka həbs cəzası verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG