Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:47

Avropa Birliyi Britaniya ilə razılıq əldə etdi


Britaniya və AB bayraqları.

Britaniya və AB bayraqları.

-

Böyük Britaniyanı Avropa Birliyində saxlamaq üçün onun blokdakı xüsusi statusu artırılacaq.

Bununla bağlı Britaniyanın baş naziri David Cameron-la Avropa Birliyi liderləri razılığa gəliblər.

İki gün çəkən gərgin danışıqlardan sonra bu razılaşma Cameron-un seçkiqabağı vədindən irəli gəlir. Bu, Britaniyaya immiqrasiyanı azaltmaq, ölkəyə avrozonaya inteqrasiyadan yan keçmək imkanı verir. Razılaşma Britaniyaya heç vaxt avroya qoşulmamaq hüququ verir.

D.Cameron razılaşmanı referenduma çıxaracağını bildirib. Baş nazir deyib ki, Avropa Birliyində qalıb-qalmamağa Britaniya xalqı özü qərar verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG