Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40

-

«Bu müddət ərzində hökumət pul-monetar siyasətini sərtləşdirdi. Bu da manatın devalvasiyadan sonra yaranan məzənnəsini qorumağa xidmət edirdi. Amma bu siyasət iqtisadi fəallığı aşağı saldı».

Ekspert Natiq Cəfərli devalvasiyadan ötən iki ay ərzində hökumətin maliyyə bazarını sabitləşdirmək yolundakı fəaliyyətini AzadlıqRadiosuna belə dəyərləndirib.

Onun fikrincə, məhz manatın məzənnəsini sabit saxlamaq cəhdləri Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatlarını 6 milyarda endirdi. N.Cəfərli deyir ki, bunun ciddi mənfi təsirləri də oldu.

Ekspert manatın məzənnəsini sabit saxlamaq üçün valyutadəyişmə məntəqələrinin bağlanması nəticəsində bu sistemdə işləyən 3 minə qədər insanın bekar qaldığını qeyd edir.

«Amma məsələ bununla bitmədi. Ticarət dövriyyəsi azaldı, pərakəndə satışda problemlər yarandı. Ticarət obyektləri bağlanmağa məcbur oldular»,-deyə N.Cəfərli ötən iki ayı belə dəyərləndirib.

BİR ƏLDƏ İKİ QARPIZ...

İqtisadçı deyir ki, hökumət manata təzyiqlərin artmasını önləmək üçün dollar alışına limit qoydu:

«Hökumət bir tərəfdən manatın məzənnəsini sabit saxlamaq istəyir, digər tərəfdən də iqtisadi fallığı gücləndirməyə çalışır. Bu iki cəhəti eyni zamanda qoruya bilmir, iqtisadi aktivlik artanda manata təzyiqlər güclənir. Manatın məzənnəsini qorumaq önə keçəndə isə iqtisadi fəallıq enir. Səbəb də budur ki, bu tədbirlər iqtisadi yox, inzibati tədbirlərdir. Bunlar müvəqqəti xarakterlidir, tələb-təklif bazarının mahiyyəti deyil».

Amma N.Cəfərli mart ayında bu pul-monetar siyasətində yumşalmanın olacağı proqnozunu verib. Onun fikrincə, bu məsələ ilə bağlı büdcədə xərclərin artırılmasının əksini tapması belə söyləməyə əsas verir. «Hökumət bu sahədə inzibatçılıqdan geri durmağa məcbur olacaq. Çünki indiki tədbirlər inzibati olduğundan dayanıqlı deyil. Həm də bu ticarət dövriyyəsinə olduqca mənfi təsir göstərir. Odur ki, bazara tələb- təklif sistemi ilə işləməyə şərait yaradılmalıdır»,-deyə ekspert mövqeyini ifadə edir.

2015-ci il dekabrın 21-də ölkədə ikinci devalvasiya baş verdi. Bir ildə manat dollar qarşısında təqribən 100 faiz dəyər itirdi. Bundan sonra ölkədə bahalaşma, dollar qıtlığı, bankların fəaliyyətində problemlər yarandı. Bu durumdan irəli gələrək rəsmi Bakı pul-maliyyə bazarını sabitləşdirə bilmək üçün bir sıra fərman, sərəncam və tədbirlər həyata keçirməyə başladı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG