Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Qərb Rusiyanın təklifinə «yox» deyib


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

-

Qərb dövlətləri Rusiyanın Türkiyəni BMT-də hədəfə çevirmək səylərinin qarşısını alıblar.

Fevralın 19-da Rusiya Türkiyənin Suriya kürdlərini toplarla vurmasını dayandırması üçün BMT-nin Təhlükəsizlik Şurasına qətnamə təqdim etmişdi.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Rusiyanı ittiham edib. Bildirib ki, Rusiya Hələbi bombalamaqda davam etməklə atəşkəs rejiminə riayət etmir və Türkiyəni gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz əməllərindən yayındırmağa çalışır.

Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra bildiriblər ki, Suriyada münaqişənin gərginləşməsinə səbəb, əslində, Moskvanın sözdə atəşkəsə tərəfdar olduğunu bildirməsidir. Ancaq buna baxmayaraq, Rusiya əməldə hökumət qüvvələrinin əməliyyatlarına dəstək verir.

XS
SM
MD
LG