Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40

Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyir ki, prezident Petro Poroshenko onu istefa verməyə çağırmayıb.

O bunu fevralın 19-da yerli televiziya kanallarına müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, prezident bəyanatında onu istefa verməyə yox, hökuməti yenidən formalaşdırmağa çağırıb.

O bildirib ki, prezidentlə münasibətləri həqiqətən də sadə deyil, amma müasir şəraitdə söhbət hətta şəxsi münasibətlərdən belə gedə bilməz.

Deputatların hökumətin istefasını dəstəkləməməsinə gəldikdə isə Yatsenyuk qeyd edib ki, millət vəkilləri ölkənin xaos, sabitsizlik riski ilə üzləşməsi və bunun seçkiylə bitməyəcəyini başa düşdü. Digər qismi isə vaxtındanəvvəl seçkiyə getmək istəmədi-deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 16-da Ali Radada keçirilən etimad səsverməsində deputatlar hökumətin işini dəstəklədi.

Bundan əvvəl prezident Poroshenkonun Yatsenyuk ba baş prokuror Viktor Shokini istefa verməyə çağırdığı bildirilirdi.

Shokin fevralın 19-da rəsmi istefa ərizəsi verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG