Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:01

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandırmalı olan Azərbaycanın "Qarabağ" klubu bir pillə geriləyərək 130-cü yerə düşüb.

"Qarabağ"la yanaşı, bu mərhələdə mübarizəni dayandıran "Qəbələ" isə mövqeyini qoruyub və 253-cü yerdə qərarlaşır.

"Neftçi” 167-ci, "İnter” isə 246-cı yerdədir.

Siyahıya Madridin "Real” klubu başçılıq edir.

Almaniyanın "Bavariya” klubu 2-ci, İspaniyanın "Barselona” klubu isə 3-cüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG