Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25

ABŞ və Rusiya hərbçiləri Cenevrədə Suriyada atəşkəs məsələsini müzakirə ediblər.

Görüş barədə əvvəlcədən məlumat verilməyib.

Qeyd edək ki, bu günlərdə Suriya ilə bağlı beynəlxalq əlaqə qrupunun toplantısı gözlənilir.

Reutersin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, tərəflər Suriya məsələsində mövqelərin yaxınlaşmasını müzakirə ediblər.

Diplomatik mənbələrdən agentliyə verilən məlumata görə, BMT Suriyada barışıq istəyir və bunu bütün münaqişə tərəfləri ilə müzakirə etməyə hazırlaşır.

BMT-nin nümayəndəsi isə fevralın 19-da Suriya ilə bağlı iclas gözlənildiyini bildirib.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

Rusiya bu müharibədə Suriya prezidenti Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG