Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Avropa Birliyi ölkələrinin liderləri Brüsseldə, birliyin daxilində islahatlar aparılması ilə bağlı Böyük Britaniyanın təklifini müzakirə edirlər.

Britaniyanın baş naziri David Cameron məsələ ilə bağlı müəyyən irəliləyiş olduğunu, amma hələlik elə bir razılaşma əldə olunmadığını deyib.

Lüksemburqun baş naziri Xavier Bettel günün sonunadək müəyyən razılıq əldə olunacağına ümidlə yanaşdığını deyib.

Britaniya Avropaya qaçqın axınını səngitmək üçün sosial təzminatların məhdudlaşdırılması və digər tələblər irəli sürüb.

Cameron bildirib ki, əgər təkliflərlə bağlı razılıq əldə olunsa, Britaniya iyunda keçiriləcək referendumda Avropa Birliyində qala bilər.

Liderlər Brüssel görüşündə miqrant böhranını da müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG