Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

Kosovo parlamentinin sesiya fevralın 19-da yenidən pozulub.

Buna səbəb müxalifətdən olan deputatların yenidən iclas zalına gözyaşardıcı qaz buraxılması olub.

Müxalifətin yüzlərlə tərəfdarı parlamentin qarşısına toplaşaraq hökumətin istefasını tələb edib.

Qeyd edək ki, Serbiya ilə razılaşmaya qarşı çıxan müxalifət ötən ilin sentyabrından parlamentin sesiyalarını bu üsulla pozur.

Razılaşmada Kosovodakı etnik serblərə daha böyük muxtariyyət verilməsi nəzərdə tutulur.

Müxalifət həmçinin Montenegro ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG