Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə dövlət rəsmilərinə məktub göndərib.

Məktublar Ankarada törədilən terrora görə prezident Recep Tayyip Erdoğan-a, baş nazir Ahmet Davutoğlu-na və Diyanət İşləri başqanı Mehmet Görmez-ə ünvanlanıb.

A.Paşazadənin məktublarında yazılır: «Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir!».

A.Paşazadə yazır ki, Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət almışlara şəfa dilənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG