Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04

-

Fevralın 19-da Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə «Yapon filmləri həftəsi»nin açılışı olacaq. Yapon mədəniyyətinin tanıdılması məqsədi ilə keçirilən həftəlik «Nizami» Kino Mərkəzində baş tutacaq.

«Turan»ın xəbərinə görə, açılışda Yaponiyanın Azərbaycandakı səfiri Tsuguo Takahashi-nin çıxışı nəzərdə tutulub.

Məlumatda bildirilir ki, bu tədbir Yaponiya mədəniyyətini, onların düşüncə tərzini daha dərindən anlamaq üçün fürsət yaradacaq

İlk dəfə olaraq filmlər Azərbaycan dilində alt yazısı ilə təqdim olunacaq. «Yapon filmləri həftəsi» çərçivəsində tamaşaçılar 5 filmə baxa biləcəklər. Bunlar «Söz bağçası», «Kikinin çatdırılma xidməti», «Nabinin sevgisi», «Yay gecəsində yuxu» və «Xoşbəxtlik çörəyi» filmləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG