Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

-

«Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşü əməkdaşlıq üçün çox səmərəli platformadır».

«Report»un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə deyib.

Bu gün 3 ölkənin xarici işlər nazirlərinin 5-ci iclası keçirilir.

E.Məmmədyarov çıxışında deyib: «Biz siyasi, iqtisadi və digər sahələrdə bu əməkdaşlığın uğurlu nəticələrini əldə etmişik».

O, həmçinin Ankarada törədilən terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. E.Məmmədyarov Azərbaycanın terrorun bütün formalarını pislədiyini vurğulayıb: «Ankarada törədilən bu mənfur terror aktı hamımız üçün problemdir».

E.Məmmədyarov üç ölkə arasında enerji sahəsindəki əməkdaşlıq məsələlərinə də toxunub və «Cənub dəhlizi» layihəsinin əhəmiyyətini vurğulayıb.

Elmar Məmmədyarov çıxışında ərazi bütövlüyü məsələsinə də toxunub:
«Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsinə, regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtinaya ehtiyac var».

O, Qarabağ münaqişəsindən də danışıb.

«Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb»,-deyə nazir qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG