Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Baş mühasibin həbs müddəti uzadılıb


Məhkəmə
Məhkəmə

-

«Aztelekom» MMC-nin keçmiş baş mühasibi Oktay Rüstəmovun həbs müddəti daha üç ay uzadılıb.

«Aztelekom» MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərkibində idi.

Keçən il Milli Təhlükəsizlik Nazirliyində aparılan həbslər bu nazirliyə də sıçradı. Nazir Əli Abbasov işdən çıxarıldı, bir sıra vəzifəli şəxs isə həbs edildi

O.Rüstəmov da Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edildi. O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

XS
SM
MD
LG