Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:36

Rusiya təyyarəsi yardım çatdıracaq


Rusiyanın Tu-22M3 bombardmançısı Suriyaya hava zərbələri endirir, arxiv fotosu

Rusiyanın Tu-22M3 bombardmançısı Suriyaya hava zərbələri endirir, arxiv fotosu

-

Suriyanın mühasirədə olan Deir ez-Zor şəhərinə yardım Rusiya təyyarəsi vasitəsilə çatdırılacaq. Bunu BMT rəsmiləri fevralın 18-də bildirib.

Deir ez-Zor İslam Dövləti (İŞİD) ekstremistlərinin mühasirəsindədir.

BMT-nin sözçüsü Stephane Dujarric və Rusiyanın BMT-dəki təmsilçisi deyib ki, Ümumdünya Ərzaq Proqramı Rusiya mülki aviasiya podratçısından istifadə edir, onunla Cənubi Sudanda da işləyib.

Son günlər Suriyada 18 mühasirədə olan 18 əraziyə yardım çatdırılması barədə danışıqlar aparılıb.

Son 48 saat ərzində 114 yük maşını 80 min insana həyat üçün vacib ləvazimatlar çatdırıb. Məlumatı Norveçin BMT-dəki təmsilçisi verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG