Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19

-

Bugünlərdə TED mühazirəsində Harvard Universitetinin professoru, psixiatr Robert Waldinger bizi həyatımız boyu xoşbəxt və ruhən sağlam hiss etdirən səbəblərdən danışıb.

O deyib ki, Harvard Universiteti 75 il bu məsələni tədqiq edib. Tədqiqat müddətində çoxlu sorğular keçirilib, sorğularda insanların bir qismi bu səbəbin şöhrət, bir qismi isə pul olduğunu deyib.

Sonra isə yüzlərlə insanın gündəlik həyatının bütün tərəfləri üzərində müşahidə aparılıb. Bizi özümüzə xoşbəxt və məmnun hiss etdirən qüvvə, tədqiqatın gəldiyi nəticəyə görə, - münasibətlərimizdir, icmadır.

Tədqiqatdan çıxan nəticə budur: "Yaxşı həyat yaxşı münasibətlər üzərində qurulur."

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG